Fəaliyyəti dayandırılan vəkillərin kimliyi məlum oldu


Digərləri 26 İyl 2018 14:46:00 276 0

Fəaliyyəti dayandırılan vəkillərin kimliyi məlum oldu

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında fəaliyyəti dayandırılan və kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı barəsində məhkəməyə müraciət edilən vəkillərin kimliyi məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, fəaliyyəti dayandırılan vəkil Qəhrəman Pirməmmədovdur. Onun fəaliyyətinin bir il müddətinə dayandırılmasına qərar verilib.

Vəkil Nurəli Həsənovun Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi qərara alınıb.