Avropa çempionatında növbəti medal


İdman 26 İyl 2018 14:42:00 260 0

Avropa çempionatında növbəti medal

İtaliyanın Milan şəhərində 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Goal.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

 2016-cı ildə Polşanın Novı Tomısl şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyinin qalibi olan Füqan Əliyev yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 3-cü yeri tutub. Belə ki, 69 kq çəki dərəcəsində qüvvəsini sınayan atletimiz birdən qaldırma hərəkətində 120 kq çəkinin öhdəsindən gəlib və bu hərəkətdə 4-cü yeri tutub. Təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edən Əliyev, 151 kq-ı ram edərək bu hərəkətdə Avropa 3-cüsü ola bilib. Toplam 271 kq (120+151) nəticə göstərən Füqan, yekun sıralamada da Avropa çempionatını 3-cü pillədə başa vurub.