Polad Bülbüloğlunun qardaşına 200 min manat “atdıblar”


Digərləri 26 İyl 2018 14:37:00 274 0

Polad Bülbüloğlunun qardaşına 200 min manat “atdıblar”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmməd Nəsibova hökm oxunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə M.Nəsibov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, M.Nəsibov bir neçə şəxsin etibarından sui-istifadə edərək onlardan təxminən 400 min manat alaraq qaytarmayıb.

O, İradə İsmayılovadan 21 500 manat alaraq ona Hövsan qəsəbəsində 15 sot sənədsiz torpaq sahəsi satıb, Çingiz Məmmədovdan 200 min manat alaraq Abşeron rayonunda yaşayış evi tikdirəcəyini vəd dib.