Ekspert: "Azərbaycan dözümlülük prinsipinin nə qədər yüksək səviyyədə olduğunu sübut edir"


Digərləri 26 İyl 2018 14:02:00 250 0

Ekspert: "Azərbaycan dözümlülük prinsipinin nə qədər yüksək səviyyədə olduğunu sübut edir"

Azərbaycanda "Jara" festivalının keçirilməsini, ilk növbədə, ölkəmizin mədəniyyət sahəsində əldə etdiyi uğur kimi qiymətləndirmək lazımdır. Belə ki, bu festivalda bir çox tanınmış xarici estrada ulduzlarının iştirakı, Azərbaycanın tanıdılması, ölkəmizin tolerant və multikultural dəyərləri istiqamətində atılan əhəmiyyətli addımdır.

Son.az xəbər verir ki, bu fikirləri Trend-ə ekspert Bəhruz Quliyev erməni əsilli Zara Mqoyanın "Jara" festivalında iştirak etməsinə münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, adıçəkilən müğənni festival çərçivəsində Azərbaycan dilində mahnı da ifa edəcək və bu addım bilavasitə bir erməni əsilli mədəniyyət nümayəndəsinin Azərbaycanın həqiqətlərinin təbliğində rol alması kimi də dəyərləndirilə bilər: