Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı alındı


Digərləri 26 İyl 2018 13:52:00 178 0

Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı alındı

Gürcüstandan Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb.

DGK-dan Son.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "OKA" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtomobilin alt hissəsində, xüsusi hazırlanmış gizli saxlanc yerində 3600 ədəd "Marlboro" markalı siqaret aşkar edilib.