“Mesaj yazıb ki…” Ağdaşda özünü asan gəlinlə bağlı


Digərləri 26 İyl 2018 13:10:00 296 0

“Mesaj yazıb ki…”  Ağdaşda özünü asan gəlinlə bağlı

Ağdaş rayonunda baş verən intihar hadisəsi - 20 yaşlı Osmanlı İnci İslam qızının ölümü ilə bağlı müəyyən məqamlar üzə çıxıb.

Son.az xəbər verir ki, hadisənin baş verdiyi rayonun Güvəkənd kənd bələdiyyəsinin icra rəsmisi Nizami Nuhov yenicag.az-a açıqlamasında intiharla bağlı danışıb:

"Özünü asan gəlin çox cavan idi, yetkinlik yaşına çatmamış ailə qurmuşdu. İki yaşlı oğlunu da gözə almayıb, damda özünü asdı. Qadının anası deyib ki, qızı Rusiyaya işləməyə gedən ərinin kəndə qayıtmasını istəyirmiş. Hətta ona mesaj da yazıbmış. Guya o geri dönmədiyi üçün özünə qəsd edib. Amma onun telefonunu yoxladıq, bir dənə də olsun mesaj yox idi. Günorta saat 3-də toyuq damına girərək kəndirlə özünü asıb. Evin digər gəlini qapını açanda onun özünü asdığını görüb. Kəndirdən sallanan qadını yerə qoyanda ağzından köpük gəldiyini görüb. Ürəyi hələ döyünürmüş. Təcili tibbi yardım çağırıblar, xəstəxanaya çatdırıblar. Amma mən həkimlə danışdım, o dedi ki, gəlin xəstəxanaya çatmamış canını tapşırıb".