Göyərtəsində nazir olan təyyarə itdi


Dünya 26 İyl 2018 13:08:00 240 0

Göyərtəsində nazir olan təyyarə itdi

Paraqvayda təyyarə radarlardan itib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkə beynəlxalq aeroportu Ayolas şəhərindən havaya qalxan təyyarə ilə əlaqənin itiyini bildirib. Məlumata görə, təyyarədə ölkənin kənd təsərrüfatı naziri Luis Qneytinq və onun müavini Visente Ramires olub.

Rəsmi şəxslərdən başqa təyyarədə iki pilotun da olduğu bildirilir.

Hazırda təyyarənin uçuş marşrutu üzrə axtarışları aparılır.