Sabah əsrin ən uzun “Qanlı Ay” tutulması hadisəsi baş verəcək


Digərləri 26 İyl 2018 12:36:00 303 0

Sabah əsrin ən uzun “Qanlı Ay” tutulması hadisəsi baş verəcək

Sabah XXI əsrin ən uzun "Qanlı Ay" tutulması hadisəsi baş verəcək.

Son.az report-a istinadən xəbər verir ki, iyulun 27-dən 28-ə keçən gecə baş verəcək təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24:27-də başlayacaq.

Tam tutulmanın başlanması isə saat 23:30:15-ə təsadüf edəcək. Tam tutulma 01:13:11-də sona çatacaq. Bu zaman Ayın səthi qızılı rəngə bürünəcək. Ona görə də bəzən buna "Qanlı Ay" deyirlər. 

1 saat 43 saniyəlik tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq.