Türkiyə Mərkəzi Bankının qərarı - lirəyə daha bir zərbə - ŞƏRH


Digərləri 26 İyl 2018 12:23:07 173 0

Türkiyə Mərkəzi Bankının qərarı - lirəyə daha bir zərbə - ŞƏRH

Hazırda Türkiyə yüksək inflyasiyanı gözə alaraq aqressiv iqtisadi böyümə siyasəti yürüdür

Türkiyə Mərkəzi Bankı 2 gün əvvəl keçirilən iclasında uçot faiz dərəcəsini dəyişdirməyərək, hazırki həddində -17.75%-də saxlamaq qərarı verdi.

"Report" Analitik Qrupu qeyd edir ki, iyun ayında 15.4%-ə çatan istehlak inflyasiyası göstəricisinin TürkiyəMərkəzi Bankının hədəfindən 3 dəfəyə qədər çox olmasına baxmayaraq, Mərkəzi Bankın gözlənilən faiz artımı qərarını verməməsi Türkiyə maliyyə bazarlarında kəskin düşüşlərə səbəb oldu. Belə ki:

-lira həmin gün əvvəlki günə nisbətən 4.2% dəyər itirərək, 4.87 dollar səviyyəsində dayandı;

-avro/lira səviyyəsi 5.5520-dən 5.7090-a yüksəldi

- 10 illik istiqrazların faiz dərəcələri 18.7%-ə qədər qalxdı

- "Borsa İstanbul İndeks"i əvvəlki günə nisbətən 0.031% dəyər itirdi

- Ən böyük dəyər itkiləri isə maliyyə sektoru ilə bağlı olan təşkilatlar, xüsusi ilə də banklar yaşadılar. Misal üçün,"Garanti Bank" 7.13% dəyər itirdi.

ABŞ dolları/Lirə son 5 günlük qrafik:

Hazırda Türkiyə yüksək inflyasiyanı gözə alaraq aqressiv iqtisadi böyümə siyasəti yürüdür. Aprel ayından bəri üç dəfə faiz yüksəlməsi edən Mərkəzi Bankın hazırda bu qərarı verməməsi, ümumiyyətlə Mərkəzi Bankın müstəqil qərar vermə qabiliyyətinin sual altında olması, yeni hökumətin tərkibinin tam formalaşmaması investorların Türkiyəyə görənarahatlığını artırıb. Bu isə, qısa müddətli investisiyaların ölkədən çıxarılmasına səbəb ola bilər.

BİST100 indeksinin son 5 günlük qrafiki:

Türkiyənin iqtisadi problemlərinin ümumi İnkişaf Etməkdə Olan Ölkələr (İEOÖ) üçün çətin dönəmlə üst-üstə düşməsi də iqtisadi vəziyyəti daha da çətinləşdirir. Bu isə, ABŞ-ın faiz dərəcələri və iqtisadiyyatının daha az riskli və gəlirli olması, son dövrlərdə investor vəsaitlərinin İEOÖ-lərin iqtisadiyyatlarından ABŞ iqtisadiyyatına doğru yönləndirməyə başlamasına görədir.

Türk lirəsinin dəyərinin aşağı düşməsi onun ixraclarını başqa ölkələrə nisbətən ucuz etdiyindən, faiz qərarını cari balans açığının azalması baxımından müəyyən dərəcədə pozitiv rol oynuya bilər. Eyni zamanda, lirənin ucuz olması ölkə turizmi baxımından sərfəlidir. Lirənin dollar qarşısında ucuzlaşması eyni zamanda, Azərbaycana Türkiyədən idxal olunan məhsul həcminin artımına səbəb ola bilər. Lakin lirənin məzənnə dəyişikliyinin Azərbaycan manatı üzərində birbaşa təsiri olmayacaq.

Ölkədə çevriliş cəhdində adi hallanaraq həbs olunan rahib Endryu Brunsonun dünən ev həpsinə buraxılması ABŞ ilə Türkiyə arasındakı gərginliyin azalacağı və hətta Türkiyəyə qarşı hər hansı sanksiya ehtimalının gündəmdən çıxacağı gözləntilərini meydana gətirdi. Bunun da Türkiyəmaliyyə alətlərinin dəyərlənməsinə müsbət təsiri müşahidə olundu. Hələlik, bu məsələnin aktivlərin dəyərinə müsbət təsirinin qısa müddətli olacağı təxmin edilir.