Suriyada terror hücumları nəticəsində ölənlərin sayı 240 nəfəri ötüb - YENİLƏNİB-4


Dünya 26 İyl 2018 11:49:00 270 0

Suriyada terror hücumları nəticəsində ölənlərin sayı 240 nəfəri ötüb - YENİLƏNİB-4

Ölənlərin 135 nəfəri dinc sakin, qalanları isə ordunun hərbçiləri və iqtidaryönlü könüllülərin döyüşçüləridir

Suriyanın cənubundakı Es-Suveyda vilayətində çərşənbə günü baş verən terror hücumları nəticəsində ölənlərin sayı 246 nəfərə çatıb.

Bu barədə "Report" AFP-yə istinadən xəbər verir.

Londonda yerləşən "Suriya İnsan Hüquqları Monitorinq Mərkəzi" qeyri-hökumət təşkilatının məlumatına görə, hücumlar Suriya hökumətinin nəzarəti altındakı ərazidə baş verib, ölənlərin sayı arta bilər.

Məlumata görə, ölənlərin 135 nəfəri dinc sakin, qalanları isə ordunun hərbçiləri və iqtidaryönlü könüllülərin döyüşçüləridir.

***00:09

Suriyanın cənubundakı Əs-Suveydə vilayətində törədilən silsilə terror aktları nəticəsində həlak olanların sayı 215 nəfərə çatıb.

"Report"un TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Rəsmi "Sham FM" radiostansiyasının məlumatına görə, hadisə zamanı onlarla insan xəsarət alıb.

Daha əvvəl terror aktları nəticəsində 183 nəfərin öldüyü bildirilirdi.

***21:28

Bakı. 25 iyul.