Fransa prezidentinin müşaviri adam döyüb


Digərləri 26 İyl 2018 11:55:00 272 0

Fransa prezidentinin müşaviri adam döyüb

Fransa prezidenti Emmanuel Makron çox böyük qalmaqalla qarşılaşıb. Səbəb onun müşaviri Aleksandr Benallanın paytaxt Parisdəki etiraz aksiyalarından birində adam döyməsidir.

Son.az Le Monde-yə istinadən bildirir ki, hadisə mayın 1-də yaşanıb. Parisdəki etiraz aksiyası zamanı polislərə qoşulan, başında dəbilqə olan 26 yaşlı A.Benalla aksiya iştirakçısı olan qadını sürüyüb, orta yaşlı kişini isə vurub.

Həmin hadisəni şahidlərdən biri çəkmiş, videonu sosial şəbəkələrdə paylaşmışdı.

Dəbilqəli şəxsin kimliyi bilinmirdi.

İndi isə bəlli olub ki, həmin adam E.Makronun sabiq cangüdəni, hazırda müşaviri olan Aleksandr Benalladır. O, prezident seçkisi zamanı Emmanuel Makronun təhlükəsizlik xidmətinə rəhbərlik edirdi.

Mayın 1-də Parisin Latın məhəlləsindəki Kontreskarp meydanına, aksiyanın keçirildiyi yerə polisin fəaliyyətinin müşahidəsi üçün göndərilmiş A.Benalla özünü saxlaya bilməyib və aksiya iştirakçılarını döyməyə başlayıb.

O, iki həftə müddətinə vəzifəsindən kənarlaşdırılıb və belə olayın təkrarlanacağı təqdirdə işdən qovulacağı ilə bağlı xəbərdarlıq alıb.


Xəbərə aid fotolar