Braziliya onunla davam etməyi qərara aldı


İdman 26 İyl 2018 10:47:00 273 0

Braziliya onunla davam etməyi qərara aldı

Braziliya Futbol Konfederasiyası millinin baş məşqçisi Tite ilə müqavilənin müddətini uzadıb. Goal.az xəbər verir ki, 57 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər yığmanın sükanı arxasında olacaq.

Tite 2016-cı ildən Braziliya millisinin baş məşqçisidir. Onun rəhbərlik etdiyi kollektiv Rusiyada təşkil edilən 2018-ci il dünya çempionatının 1/4 finalında Belçika kollektivinə 1:2 hesabı ilə uduzaraq, mükafatçılar sırasına düşməyib. Titenin komandası indiyədək keçirdiyi 26 matçdan 20-də qalib gəlib və 2 dəfə uduzub.