Bakı-Sumqayıt şosesində avtomobil piyadanı vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB


Sosial 26 İyl 2018 10:23:00 286 0

Bakı-Sumqayıt şosesində avtomobil piyadanı vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1987-ci il təvəllüdlü Abdullayev Filman Hüseyn oğlu magistral şosenin piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu Orxan Məmmədovun idarə etdiyi 10-VT-321 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil vurub. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

O.Məmmədovun "Report"un hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, piyada qəfil onun idarə etdiyi avomobilinqarşısına çıxıb.

Sürücü hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobili isə cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Cinayət işi başlanılıb.

Foto: Ruslan Məmmədov.