Özbək gözəli ilə yeni klipi çıxan meyxanaçı Tərlan: "Aramızda heç nə yoxdur" FOTO


Şou-biznes 26 İyl 2018 10:00:00 363 0

Özbək gözəli ilə yeni klipi çıxan meyxanaçı Tərlan: "Aramızda heç nə yoxdur"  FOTO

Müsahibim duetləri ilə Özbəkistanı həm də Azərbaycanı bir-birinə vuran, tanınmış meyxanaçı Tərlan Novxanıdır. Yaradıcılığını təkcə Azərbaycanda deyil, əcnəbi ölkələrdə də davam etdirən ifaçı yeni işlərindən, şou-biznesdəki söz-söhbətlərdən bizə danışıb.

Son.az big.az-a istinadən məlumat verir ki, şəxsi həyatından tutmuş yeni işlərinə "Ayrı dünyalar" adlı yeni klipi barədə bol-bol söhbətləşən Tərlan nələr danışıb, nələr, buyurun, özünüz oxuyun:

- Özbək xanım müğənni Manzura ilə ikinci klipiniz "Ayrı dünyalar"ı təqdim etdiniz. Birinci klipdən nə uğur əldə etdiniz ki, ikincini oxumağa qərar verdiniz? - Birinci klipimiz çox uğurlu oldu. Həmin klip çıxdığı bir həftə idi ki, artıq Amerikada konsert vermək təklifi aldım. Orada planlaşdırdığımız konsert proqramı sentyabr-oktyabr aylarında baş tutacaq. Özbəklərin dəvəti ilə Amerikaya gedəcəyəm, həmin konsertdə Qafqaz xalqlarından nümayəndələr də iştirak edəcək.

- Manzura xanımı Bakıdakı toylara gətirmisinizmi? Tələbat varmı? - Manzura xanım öz ölkəsində brend müğənnilərdəndir. Bakıdakı toylarda iştirak etmək üçün qiymət məsələsində problemlər yaransa da, bir çox məclislərə onu gətirmişəm. İnanın çox tələbat olur xüsusilə də bizim birgə duetlərə...

- Necə oldu ki, klipi Azərbaycanda çəkməyə qərar verdiniz? - Duet oxumağı Manzura xanım özü təklif etdi. Klip çəkilişlərində də onun fikirlərinə üstünlük verdik. Azərbaycandakı mənzərələr onun çox xoşuna gəlmişdi. Manzura xanımla birinci mahnını mən Azərbaycan dilində, o isə özbək dilində oxumuşdu, ancaq ikinci duetimizi ikimizdə sırf Azərbaycan dilində oxuduq. Bu da bizim bir uğurmuz idi ki, əcnəbi müğənnilər məhz Azərbaycan dilində mahnı ifa edir.

- Meyxanaçılar arasında bəyənmədiklərin varmı? - Bəyənmədiklərim deməzdim, amma dinləmədikəlrim var. Ad çəksəm, deyəcəklər onların adından istifadə edib, özümü reklam edirəm. Arada söz gəzdirən insanlar olur, onlara normal baxmıram. Çünki sənətçi gündəmə gəlmək istəyirsə, öz işi ilə gündəmdə olmalıdır, söz-söhbətlə yox.


Xəbərə aid fotolar