Tramp: Aİ ölkələri ABŞla ticarətə açıq olacaqlar


Dünya 26 İyl 2018 08:38:00 269 0

Tramp: Aİ ölkələri ABŞla ticarətə açıq olacaqlar

ABŞ prezidenti Donald Tramp bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələri əldə olunan razılıqlara əsasən, ABŞ-la ticarətə açıq olacaqlar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Tramp "Tvitter" sosial şəbəkəsində yazıb.

"Sənədlər üzərində iş artıq başlanıb və proses sürətlə hərəkət edir. Aİ ölkələri ABŞ üçün açıq olacaq və eyni zamanda onlar üçün etdiyimiz hər şeydən faydalanacaq", - deyə Tramp bəyan edib.