Robot tarakanlar aviamühərrikləri təmir edəcəklər VİDEO


Digərləri 26 İyl 2018 08:21:00 221 0

Robot tarakanlar aviamühərrikləri təmir edəcəklər  VİDEO

Böyük Britaniyanın "Rolls-Royce" şirkəti nasazlıqların aşkarlanması və aradan qaldırılması üçün aviamühərriklərin daxilinə quraşdırılacaq miniatür robot tarakanlar hazırlayıb. Bu barədə şirkətin rəsmi saytında deyilir.   Son.az ICTnews-a istinadən bildirir ki, layihə Britaniyada "Farnborough" aviasalonunda təqdim edilib. Mühəndislərin sözlərinə görə, texnologiya mühərrikin vəziyyətinin monitorinqini sürətləndirməyə imkan verəcək, eləcə də təmir məqsədilə onun hər dəfə çıxarılmasına ehtiyac qalmayacaq.     Mütəxəssis Ceyms Kell bildirib ki, mühərrikin adi yoxlanışı üçün 5 saat tələb olunur, bu kiçik robotlarla isə 5 dəqiqə lazım gələcək.   "Rolls-Royce" nümayəndələrinin fikrincə, kiçik robot həşəratlar mühəndislərin vaxtına qənaət etməklə onların aviamühərrik daxilində sıx məkanda gözlərinə və əllərinə çevriləcəklər. Şirkət tərəfindən mühəndislərin daxilə baxış keçirməsi və mühərrikin hissələrə ayrılmaması üçün hər robotun kamera ilə təchiz edilməsi planlaşdırılır.   Robot tarakanların hazırlanmasında Harvard və Nottingem universitetlərinin mütəxəssisləri iştirak edirlər.

Videonu izləmək üçün şəklə klikləyin: