“Google” “WhatsApp”ın qatili”ni buraxır


Digərləri 26 İyl 2018 08:25:00 240 0

“Google” “WhatsApp”ın qatili”ni buraxır

"Google" 2018-ci ildə yeni ödənişsiz "Android Chat" messencerini buraxacaq.

Son.az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər indidən onu "WhatsApp"ın qatili" adlandırırlar.

Messencer "Android" əməliyyat sisteminin bazasında fəaliyyət göstərən bütün yeni mobil cihazlarda mövcud olacaq.

Texniki mütəxəssislərinin fikirlərinə görə, "Google" şirkəti o qədər uğurlu tətbiqi işə salacaq ki, "Viber", "Telegram" və "WhatsApp" kimi messencerlər ikinci plana keçəcək. Onların ilkin məlumatlarına əsasən, "Android Chat" "Android Messenger"in yenilənmiş versiyası olacaq. İlkin mərhələdə bu tətbiq digər messencerlərlə rəqib ola bilmək üçün tam yenilənmə əldə etməyəcək.