İŞİD Suriyadakı terror aktlarına görə məsuliyyəti üzərinə götürüb


Dünya 26 İyl 2018 08:02:00 279 0

İŞİD Suriyadakı terror aktlarına görə məsuliyyəti üzərinə götürüb

İŞİD terror qruplaşması Suriyanın cənubundakı Es-Suveyd vilayətində törədilən silsilə terror aktlarına görə məsuliyyəti üzərinə götürüb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Agency France Presse" məlumat yayıb.

Qeyd edək ki, dünən paytaxt Dəməşqdən 92 kilometr məsafədə yerləşən Es-Suveyd vilayətinin eyniadlı inzibati mərkəzi olan Es-Suveyd şəhərinin Suk-əl-Hodra meyvə bazarında güclü partlayış törədilib. Partlayış zamanı onlarla insan ölüb və xəsarət alıb.