Bakıda piyada keçidindən istifadə etməyən orta yaşlı kişini avtomobil vurub


Sosial 26 İyl 2018 06:39:09 274 0

Bakıda piyada keçidindən istifadə etməyən orta yaşlı kişini avtomobil vurub

Yaralı yaxınlıqda yerləşən xəstəxanaya aparılıb

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə "Sabunçu dairəsində" baş verib.

Belə ki, yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Rzaquliyev Rəşad Barat oğlunu avtomobil vurub.

Yaralı yaxınlıqda yerləşən xəstəxanaya aparılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.