Suriyada törədilən silsilə terror aktları nəticəsində ölənlərin sayı 200 nəfəri ötüb - YENİLƏNİB-3


Dünya 26 İyl 2018 00:09:00 342 0

Suriyada törədilən silsilə terror aktları nəticəsində ölənlərin sayı 200 nəfəri ötüb  - YENİLƏNİB-3

İki terrorçu-kamikadze öldürülüb, onların bombalı kəmərləri zərərsizləşdirilib

Suriyanın cənubundakı Əs-Suveydə vilayətində törədilən silsilə terror aktları nəticəsində həlak olanların sayı 215 nəfərə çatıb.

"Report"un TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Rəsmi "Sham FM" radiostansiyasının məlumatına görə, hadisə zamanı onlarla insan xəsarət alıb.

Daha əvvəl terror aktları nəticəsində 183 nəfərin öldüyü bildirilirdi.

***21:28

Suriyanın cənubunda yerləşən Es-Suveyda şəhərində törədilən silsilə terror aktları nəticəsində ölənlərin sayı 180 nəfəri ötüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı Suriyanın İnsan Haqlarına Riayət Olunması üzrə Monitorinq Mərkəzinə istinadən məlumat yayıb.

İlk hadisə terrorçu-kamikadzenin özünü Əs-Süveyd şəhərindəki bazarda partlatması nəticəsində baş verib. Bundan sonra Əl-Musalleh rayonunda da növbətipartlayış törədilib. Partlayışlar zamanı ümumilikdə 183 nəfər həlak olub.

Daha əvvəl hadisə zamanı 150 nəfərin həlak olduğu bildirilirdi.

Hər iki partlayışın terrorçular tərəfindən törədildiyi bildirilir.

***11:12

Suriyanın cənubunda yerləşən Es-Suveyda vilayətinin qubernatoru partlayışı həyata keçirə bilməyən terrorçu-kamikadzenin saxlanıldığını bildirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, vali Əmir əl-Aşi həmçinin iki terrorçu-kamikadzenin öldürüldüyünü, onların bombalı kəmərlərinin zərərsizləşdirildiyin burğulayıb.

Onun sözlərinə görə, Es-Suveyda şəhərində hazırda təhlükəsizlik tam təmin olunub, vəziyyət sakitdir.

***10:44

Suriyanın cənubunda yerləşən Es-Suveyda şəhərində törədilən terror aktı nəticəsində 38 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli polis hadisənin terrorçu-kamikadzenin özünü bazarda partlatması nəticəsində baş verdiyini bildirib.

Bununla yanaşı, Suriya ordusu İŞİD terrorçu qruplaşmasının iki kamikadzesini partlayışı törətməzdən əvvəl zərərsizləşdirə bilib.

Bundan əlavə, şəhər yaxınlığında yerləşən Duma kəndinin sakinləri yaşayış məntəqəsinə hücum etməyə çalışan yaraqlılardan dördünü öldürüb.