Suda qaynadılan balon partladı, xəsarət alanlar var


Digərləri 25 İyl 2018 23:48:00 356 0

Suda qaynadılan balon partladı, xəsarət alanlar var

Quba rayonunda bədbəxt hadisə qeydə alınıb. 

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Zərqava kəndində baş verib.  Suda qaynadılan balonun partlaması nəticəsində iki nəfər müxtəlif yanıq xəsarətləri ilə Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlar kənd sakinləri 1984-cü il təvəllüdlü Məhəbbət Qəniyev və 1983-cü il təvəllüdlü Nuranə Babayevadır. Hər iki şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.