Yol qəzasında ana və qızı xəsarət alıb


Digərləri 25 İyl 2018 23:54:00 281 0

Yol qəzasında ana və qızı xəsarət alıb

İmişlidə yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qaralar kəndində qeydə alınıb.

İlham Cavadovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolun kənarında dayanan digər "Mercedes"ə çırpılıb.

Nəticədə avtomobildə olan 1958-ci il təvəllüdlü Cavadova Nazimə Miradəm qızı və onun qızı, 2005-ci il təvəllüdlü Cavadova Arəstə İlham qızı müxtəlif dərəcəli xəsarətlərlə İmişli rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli polis şöbəsində araşdırma aparılır.