Rusiya Ermənistana satdiği təbii qazın qiymətini artıracaq


Dünya 25 İyl 2018 23:57:00 387 0

Rusiya Ermənistana satdiği təbii qazın qiymətini artıracaq

Rusiyanın Ermənistana satdiği təbii qazın tarif qiyməti artırılacaq.

Son.az report.az-a istinadən bildirir ki, Ermənistanın təbii qazın alınması ilə bağlı Rusiyanın "Qazprom" şirkəti ilə imzaladığı müqavilə yaxın vaxtlarda başa çatacaq. Müqavilə başa çatdıqdan sonra imzalanacaq yeni sənəddə "mavi yanacağ"ın qiymətlərinin artırılması nəzərdə tutulub.

Ermənistanın "Qrammark" qəzeti də Rusiyadan olan ekspertlərə istinadən yazıb ki, Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətləri artırılacaq. Ekspertlər bildirirlər ki, təbi qazın satışı ilə əlaqədar yeni sxem hazırlanıb. Həmin sənəddə təbii qazın qiymətinin dəyişəcəyi və artacağı barədə məlumatlar əksini tapıb.