Güllüçiçəkli köynəklər, qısa şortlar: Bakıda kişi dəbi FOTO


Digərləri 25 İyl 2018 23:45:00 684 0

Güllüçiçəkli köynəklər, qısa şortlar: Bakıda kişi dəbi  FOTO

Yay mövsümündə kişilərin gündəlik həyatda geyinmədiyi libaslar ön plana çıxır. Ancaq yenə də sadəcə trendlərə görə yox, mühakimələrə fikir vermədən stilinizin təkmilləşdirilməsi üçün belə libaslara şans verməlisiniz.

Son.az oxu.az-a istinadən bildirir ki, kişilərin sandallarla arası yaxşı olmasa da, onlar 2018-ci ildə də dəbdədir. Üstəlik, onların yanında çəkələklər də var. Ağ corab və sandal cütlüyündən qurtulmaq istəyirsinizsə, çəkələklərin daha risksiz və dəbli olduğunu bildiririk.

Sandalları seçərkən idman və maskulen tərzdə olanlara üstünlük vermək kombinlərinizi daha rahat birləşdirməyə kömək edəcək.

Yox, əgər çəkələk almaq istəyirsinizsə, trendlərə uyğun olmaq üçün qrafik naxışlı olanları, ya da üzərində loqo olan şəpitləri seçin. 

Ümumiyyətlə, yeni mövsümdə başdan ayağa loqolara bürünmək trendə çevrilib.

Uzun müddətdir hər kəsin ayağında görməyə öyrəşdiyimiz, rahatlığı sayəsində bir dəfə geyinənin ayağından çıxarmaq istəmədiyi "Birkenstock" çəkələkləri də unutmamaq lazımdır.

Hörgülü ayaqqabılar və çəkələklər də trenddə ilk sıralardadır.

Bu il "Versace" "Yaz-Yay 2018" kolleksiyası zamanı kostyum və smokinləri də sandallarla kombinləmişdi.

Bundan başqa, enli şortlar əvəzinə dar kişi şortları dəbdə olacaq və daha da qısalmağa davam edir. 

Xüsusilə də Azərbaycan kişilərinin qısa şortları seçmədiyini bilirik.