Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 25 İyl 2018 23:33:00 278 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 24-də 75,12 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,1 dollar/barel azdır. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 24-də 74,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 24-də 70,85 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,06 dollar/barel azdır.