Həkimlərdən xəbərdarlıq: Maye itkisi ölümə aparır


Digərləri 25 İyl 2018 23:21:00 270 0

Həkimlərdən xəbərdarlıq: Maye itkisi ölümə aparır

Gündəlik maye ehtiyacının ödənilməməsi ölümcül fəsadlara səbəb olur.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, həkimlər yay aylarında ölüm hallarının artmasını maye ehtiyacının ödənilməməsi ilə əlaqələndirirlər. Belə ki, orqanizmdə 7%-lik su itkisi yorğunluq, halsızlıq, qarabasmaya, 10%-lik itki böyrəklərin funksiyasını dayandırmasına və son nəticədə ölümə gətirib çıxarır.

Buna görə də, gün ərzində 2-2,5 litrlik su ilə yanaşı xiyar, çiyələk, bibər, limon, yemiş, qarpız, pomidor kimi qidalar qəbul edilməlidir. Bununla belə, qatıq bədəndəki mayenin səviyyəsini balanslaşdırmaqda əvəzsiz vasitədir. Tərlədikdən və duş qəbul etdikdən sonra mütləq su içmək lazımdır.