Azərbaycan nefti cüzi ucuzlaşıb
Digərləri 25 İyl 2018 23:28:33 248 0
Azərbaycan nefti cüzi ucuzlaşıb
Bakı.
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 24-də 75,12 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,1 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 24-də 74,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel azdır.
Mənbə: az.trend.az