Bakıda avtobus sürücüsü sükan arxasında narkotik çəkir Şirkət narkomanı necə işə götürür? VİDEO


Digərləri 25 İyl 2018 23:09:00 253 0

Bakıda avtobus sürücüsü sükan arxasında narkotik çəkir  Şirkət narkomanı necə işə götürür?  VİDEO

Sosial şəbəkələrdə Bakıda avtobus sürücüsünün sükan arxasında narkotik maddə qəbul etməsini əks etdirən görüntülər yayılıb.

Son.az bildirir ki, artıq həmin sürücü saxlanılıb. Bu fakt avtobus sürücülərinin tibbi yoxlanışdan hansı formada keçdiyi məsələsini gündəmə gətirir.

Görüntülərdə avtobusun sükanı arxasında olan sürücünün müəmmalı və təhlükəli hərəkətləri diqqət çəkir. O, siqaretin kağızı ilə yol boyu nə isə düzəltməyə çalışır. Görüntünü çəkən və sosial şəbəkələrdə yayan şəxs isə həmin sürücünün sükan arxasında narkotik maddə qəbul etdiyini iddia edib.

Kadrlar ötən gün Bakıda, "Nəriman Nərimanov" metrostansiyasının yaxınlığından Biləcəri qəsəbəsinə hərəkət edən 202 saylı marşrut avtobusunda qeydə alınıb. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib və sürücü İlkin Tağıyev elə yolda saxlanılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, saxlanılan zaman sürücü müvafiq sənədlərini təqdim etməyib və tibbi müayinə zamanı sürücünün içki və narkotik vasitənin təsiri altında olması aşkarlanıb. Bu fakt isə hər gün tibbi yoxlanışdan keçməli olan avtobus sürücülərinin bu prosesdən kənarda qaldığı şübhələrini artırır.