18 yaşlı gənci ilan sancıb Zərdab tapılmadığı üçün vəziyyəti ağırdır VİDEO


Digərləri 25 İyl 2018 23:15:00 368 0

18 yaşlı gənci ilan sancıb  Zərdab tapılmadığı üçün vəziyyəti ağırdır  VİDEO

Qazax sakinini ilan sancıb, zərdab olmadığından vəziyyəti ağırlaşıb.

Son.az bildirir ki, Qazax sakini Eldar Xudaverdiyev Tovuzda sahədə işləyərkən onu ayağından ilan sancıb. Ancaq maraqlısı budur ki, xəstəxanada ilan zəhəri əleyhinə zərdab olmadığından həkimlər ona bu köməyi göstərə bilməyiblər. Xəstəxanada zərdabın olmadığını həkimlər də təsdiqləyib.

Odur ki, 18 yaşlı gəncin həyati təhlükəsi qalmaqda davam edir.

Səhiyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildiriblər ki, bəzən bir neçə rayonun zərdabı bir rayona verilir. Yəni Tovuz rayonunun zərdabı Qazaxa verilib və xəstəxanaların zərdabla təminatında heç bir problem yoxdur.

Bu arada, Bakıda aprel ayından bu yana 52 ilan sancması halı qeydə alınıb.

1 saylı Kliniki Tibbi Mərkəzin şöbə müdiri Azər Maqsudov ilan sancması zamanı vətəndaşları həmin nahiyəyə müdaxilə etməməyə və xəstəni qısa zamanda tibb müəssisəsinə gətirməyi tövsiyə edir.

Qeyd edək ki, bəzən vətəndaşların ilan sancan yeri kəsməsi, sarımsaq və ya digər maddələr sürtməsi xəstənin vəziyyətini daha da ağırlaşdırır və onun sağalmasını ləngidir. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin: