Bəxtiyar Vahabzadənin həkimindən MARAQLI AÇIQLAMALAR Yoxlayanda gördük ki, 3 böyrəyi var FOTO


Digərləri 25 İyl 2018 22:44:00 372 0

Bəxtiyar Vahabzadənin həkimindən MARAQLI AÇIQLAMALAR  Yoxlayanda gördük ki, 3 böyrəyi var  FOTO

Adətən anadəngəlmə anomaliyalarla doğulan insanlar uzun müddət yaşamır və erkən yaşda vəfat edirlər. Yer üzündə elə insanlar var ki, 40-50 yaşa çatıblar, amma bir dəfə də olsun, həkimə müraciət etməyiblər. Bəzən bu kimi hallara "maşallah" deyib keçirik. Amma tibbi cəhətdən bu heç də düzgün deyil. Yaş dövrünün müəyyən mərhələlərində orqanizmdə gedən ciddi dəyişiklikləri bilmək üçün mütləq şəkildə həkim müayinəsindən keçmək lazımdır. Adam var, deyir, tənginəfəs olanda, qaçanda ürəyinin döyüntülərini eşidir. Adam da var, deyir, qaçanda nəfəs ala bilmir. Belə olanda da dərhal əllərini atırlar sol tərəfə - ürəyin üzərinə. Dəqiq bilir ki, bədənin sol tərəfində, yuxarıda tələsən nəsə varsa, demək ki, ürəkdi. Amma elələri də var ki, heç ömrünün sonuna qədər ürəyinin solda yox, sağda olduğunu bilmir. Bu bir az da insanın öz sağlamlığına qarşı laqeydliyindən, biganəliyindən irəli gəlir.

İndi hamınıza maraqlı gəlir ki, ürək solda olmayıb, harda olacaq ki? Amma bəzi insanlar var ki, onların ürəkləri anadangəlmə sağda yerləşir. Qəribə də olsa, bu insanlar daim erkən öləcəklərindən ehtiyat edirlər. Ətrafdakı insanlar isə onlara "xüsusi" bəndə münasibəti göstərirlər. Tibbdə isə bu vəziyyət qeyri-normal, anomaliya kimi qiymətləndirir və elmi dildə "dekstrokardiya" adlandırılır. Elə nadir anadangəlmə anomaliyalar olur ki, insanın səhhətinə mənfi təsiri baş vermir və həmin şəxs sağlam doğulanlar kimi uzun ömür sürə bilir.

Bəs ürəyi sağda olanlar barədə nə bilirsiniz? Bu kimi hallarda qadınların ana olmaq şansı azalırmı? Kişilərdə infark riski artırmı? Ürəyi sağda olan insanların övladlarında bu anomaliyalar müşahidə edilirmi?

Son.az bildirir ki, publika.az-ın bu və digər suallarını həkim kardioloq-aritmoloq Günay Rəhimova cavablandırıb:

- Günay xanım, neçə ildir çalışırsız?

- Azərbaycan Dövlət Tibb Universitetini (1999-2005) bitirmişəm. İlk olaraq Mərkəzi Klinikada fəaliyyətə başlamışam. 13 ilə yaxındır həkim kardioloq kimi çalışıram.

- Ümumiyyətlə, bu gün insanlar arasında ürək xəstəliklərinin sayı artıb. Siz bunu nə ilə əlaqələndirirsiz?

- Bu gün insanların ən çox əziyyət çəkdiyi xəstəliklər sırasında ürək xəstəlikləri birinci gəlir. İnkişaf etməkdə olan və inkişaf etməmiş ölkələrdə ürək-damar sistemi xəstəliklərinin sonu birmənalı olaraq ya ölüm, ya da əlilliyə gətirib çıxarır. Onkoloji xəstəliklər ikinci sırada, digər xətəliklər isə üçüncü sıralarda gəlir. Ürək-damar xəstəliklərinin artmasına səbəb olan əsas amillərdən biri insanların passiv həyat tərzidir. Gün ərzində çox az hərəkət etmək, günün böyük hissəsini oturaq şəkildə kompyuter qarşısında keçirmək ürəyə ziyandı. İkinci amil stress faktorudur. Gün ərzində aldığımız müxtəlif mövzuda (pis-yaxşı) xəbərlər stress yarada bilər. Çünki, stress beyinə bir anda normadan artıq informasiyanın ötürülməsi ilə də əlaqəli ola bilir. 15 il öncə, hələ internet həyatımızın ayrılmaz hissəsinə çevrilmədiyi zamanda insan sağlamlığı üçün ən faydalı şeylərdən biri informasiya idi. Bu gün isə hamı üçün əlçatan olan internet əsl stress qaynağıdır. Çünki biz bəzən lazım olmayan informasiyalar və onun həyəcanları ilə yüklənirik. Dünyada digər ən böyük problem qida çatışmazlığı, ekoloji faktor, irsi xəstəliklər, süni və geni modifikasiya olunmuş (GMO) məhsullardır ki, bunlar da insanlarda ciddi ürək xəstəliklərinin yaranmasına gətirib çıxara bilir. Bu sadalanan amillər ürək-damar xəstəliklərinin gedişatını sürətləndirir və yaş faktorunu da sıradan çıxarmış olur.

- Hansı yaş aralığında bu problemlərə daha çox rast gəlinir?

- Bu gün yeni doğulan körpələrdə də ürək çatışmazlığı müşahidə edilir, yaşlı nəslin nümayəndələrində də. Bunu sırf yaş faktoru ilə əlaqələndirmək artıq çətinləşib. Tibbin imkanları artdıqca, bu xəstəliklərə qarşı mübarizə də uğurla aparılır. İnsan ömrü artdıqca, sağlamlıqda olan problemlərin də sayı təbii olaraq artır. Əvvəllər orta ömür 50 yaş olanda, bu problemi insanlarda çox az görürdük.

- Bu gün ürəyin anadangəlmə anomaliyası da yayılıb. Ürəyi sağda olan xəstələriniz olubmu?

- Bəli. Belə anomaliyalar çoxdur. Orqanizmdə anadangəlmə orqanların yerlərinin dəyişik olmasına rast gəlirik. Ürək döş qəfəsinin solunda yerləşən, təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzvdür. Ürəyin döşün sağ tərəfində yerləşməsi tibbdə dekstrokardiya adlanır. Bu anomaliya ürəyin tipik olaraq sol tərəfdə deyil, sağ tərəfdə simmetrik olaraq yerləşməsidir. Bu zaman ürəkdən çıxan damarların da mövqeyi ürəyin yerləşməsinə müvafiq olur. İndiyədək baş verən bəzi hadisələr göstərir ki, ömrünün sonuna qədər ürəyinin yerini bilməyən insanlar belə olub. Biz bu barədə müayinə zamanı onlara demişik. Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin də ürəyi sağda olub.

- Maraqlıdı. Bunu necə bildiniz?

- Mərkəzi Klinikada çalışırdım. Gözəl şairimiz Bəxtityar Vahabzadə 2007-ci ildə səhhətində yaranan problemlərlə bağlı xəstəxanada stasionar müalicə almağa gəlmişdi. O vaxt Mərkəzi Klinikada Firdovsi İbrahimov çalışırdı, biz onunla birgə şairi müayinə edən zaman gördük ki, ürəyi solda yox, sağdadır. Bu həm də mənim bu cür patalogiya ilə ilk tanışlığım idi. O özü bu barədə məlumatlı idi. Sonradan bir neçə dəfə ürəyin anadangəlmə patalogiyası ilə rastlaşdım. Müxtəlif yaşlarda insanlar gördüm.

- Mütəxəssislərin bir qismi deyir ki, dekstrokardiya heç bir mənfi patologiya törətmir, digər bir qrup isə iddia edir ki, bu sağlamlı təhlükədə qoyur. Siz necə düşünürsüz?

- Ürəyin ümumiyyətlə, yerləşməsi iki cür olur: bir var yalnız ürək sağda olur, digər orqanlar isə normal olaraq öz yerlərində qalır. Bildiyimiz kimi, normalda qaraciyər sağda, ürək solda yerləşir. Amma bəzi patalogiyalar olur ki, həm ürək, həm də qaraciyər sağda yerləşir. Tibbdə buna yalançı dekstrokardiya deyilir. Bir də elə olur ki, ürək sağda olur, qaraciyər solda və buna müvafiq olaraq digər orqanlar da öz yerlərini dəyişmiş olurlar. Bu insanlara heç bir problem yaratmır. Bayaq dediyim kimi, bəzən insanlar 40-50 yaşa qədər ürəklərinin sağda olduğunu bilmədən rahat yaşayırlar. Burada heç bir fərq yoxdur. Normal ürəkdə yaşana biləcək xəstəliklər, sağda yerləşən ürəkdə də yaşana bilər. Bu günə qədər praktikamda sağda yerləşdiyinə görə problemlər yaradan ürəklə rastlaşmamışam.

- Ürəyin sağda yerləşməsi irsi xüsusiyyət daşıyırmı?

- Əslində bu xəstələyin iris faktordan asılılığı sübut olunmayıb. Ümumiyyətlə, Dünya Səhiyyə Təşkilatı bu xəstəliyin yaranmasına səbəb olan amilləri müəyyən edə bilmir. Sadəcə önləm xarakterli olaraq dünyanın bir sıra ölkələrində dekstrokardiyalı şəxslər səhiyyə orqanlarında qeydiyyata alınır və onlar həkim nəzarətində saxlanılırlar.

- Azərbaycanda bu cür anomaliyalı insanlar qeydiyyata alınırmı?

- Bilirsiz, bizim insanlar bu kimi hallarda o qədər qəribə reaksiya göstərirlər ki, qalırsan məəttəl. Heç bilmirsən, nə deyəsən. Bir dəfə bir xanım məktəbli qızı ilə müayinəyə gəlmişdi. Müayinə zamanı məlum oldu ki, qızın ürəyi sağdadır. Biz bunu valideynə deyəndə kəskin reaksiya verdi. Bizə inanmadığını dedi və başqa klinikaya getdi. Cəmiyyətdə də qeyri-adi reaksiya göstərməklə, onları fərqli insanlar kimi görməklə kompleksə salırlar. Amma onların digərlərindən heç bir fərqi yoxdur. Bu günə qədər ürəyi sağda yerləşən 22-yə yaxın xəstəm olub. Onlardan ən maraqlısı hərbiçi idi.

- Niyə ən maraqlısı?


Xəbərə aid fotolar