20 yaşlı qadın özünü asaraq intihar edib


Digərləri 25 İyl 2018 22:03:00 302 0

20 yaşlı qadın özünü asaraq intihar edib

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Əmirarx kəndində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü kənd sakini Osmanlı İnci İslam qızı özünü yaşadığı evin həyətindəki köməkçi damda asaraq, intihar edib. Məlumata görə, intihar edən qadının iki yaşlı oğlu var. Onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taleh Cəfərov ay yarım əvvəl Rusiyaya işləməyə gedib.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.