Bakıda binanın kanalizasiya boruları sıradan çıxıb, çirkli sular zirzəmiyə axır VİDEO


Digərləri 25 İyl 2018 21:45:00 268 0

Bakıda binanın kanalizasiya boruları sıradan çıxıb, çirkli sular zirzəmiyə axır  VİDEO

Paytaxtın Əhmədli qəsəbəsində yaşayış binalarından birinin zirzəmisindəki kanalizasiya boruları sıradan çıxıb.

Son.az bildirir ki, nəticədə binadakı çirkli sular zirzəmidə toplanır ki, bu da antisanitar vəziyyətə səbəb olub, üfunət qoxusu ətrafı bürüyüb.

Söhbət paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58 ünvanında yerləşən yaşayış binasından gedir.