Dağlıq ərazidə itən şəxsin axtarışları səhər saatlarından davam etdiriləcək


Digərləri 25 İyl 2018 21:15:00 330 0

Dağlıq ərazidə itən şəxsin axtarışları səhər saatlarından davam etdiriləcək

Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun axtarışları sabah səhər saatlarından etibarən davam etdiriləcək.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yüksək, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.