Türk vətəndaşına ərə gedən aktrisa vətənə qayıtdı: "Çoxları elə boşanmağımı arzulayırdı" FOTO


Kriminal 25 İyl 2018 21:03:00 324 0

Türk vətəndaşına ərə gedən aktrisa vətənə qayıtdı: "Çoxları elə boşanmağımı arzulayırdı"  FOTO

Aktrisa Cəmilə Tağızadənin Son.az-a müsahibəsi.

- Cəmilə, Bakıya xoş gəlmisiniz. Gəlişinizin səbəbi nədir?

- Bakı üçün, vətənim üçün darıxıb gəldim. İnsan qürbətdə olanda vətəni daha da çox sevir. Düzdü, qardaş ölkədəyik, amma ən əsas da ailəm üçün, anam üçün darıxmışdım. Çünki sonuncu dəfə onu qış ayında görmüşdüm.

- Hal-hazırda Türkiyədə hansı işlərlə məşğulsunuz?

- Hələ ki, evdar xanımam (gülür). Amma sənətə qayıtmaq fikrindəyəm. Mütləq sənətimi qardaş ölkədə davam etdirəcəyəm. Bu, mənim ən böyük arzumdur. Bu arzumu öz ölkəmdə reallaşdırmışamsa, burda da həyata keçirəcəyəm.

- Azərbaycanda kifayət qədər tanındınız, çəkildiniz...

- Bu məşhurluq yenidən geri qayıdacaq (gülür). Sadəcə olaraq, mən türk dilində o qədər də yaxşı danışa bilmədiyim üçün burda gələn təklifləri dəyərləndirə bilmirəm. Mənə radio aparıcısı kimi dəvət gəlmişdi, şivəm olduğu üçün qəbul edə bilmədim.

- Sənətsiz darıxmırsınız?

- Çox darıxıram, hədsiz dərəcədə. Buna görə hətta mən neçə ay depressiyaya düşmüşdüm. Evlilikdən sonra problemlər yaşandı və sənət üçün daha da çox darıxdım. Ən azı 6 ay mən bütün günü ağlayırdım.

- Evlilikdən sonra özünüz də qeyd etdiyiniz kimi böyük problemlərlə üzləşdiniz. Hal-hazırda ailənizdə vəziyyət necədir?

- Hər ailədə özünəməxsus problemlər olur, bizdə də bu cür oldu. Həyat yoldaşımın keçmiş arvadı ilə bir az problem yaşadıq. Hələ ki, bir-birimizi məhkəməyə veririk. Sentyabr ayında yoldaşımın da, mənim də məhkəməm var. İnşallah ki, bütün problemlər bitər.


Xəbərə aid fotolar