Zaqatalada dağlıq ərazidə itən şəxsin axtarışları səhər saatlarından davam etdiriləcək


Digərləri 25 İyl 2018 21:02:00 257 0

Zaqatalada dağlıq ərazidə itən şəxsin axtarışları səhər saatlarından davam etdiriləcək

Axtarışlar sabah səhər saatlarından etibarən davam etdiriləcək.

Bakı. Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun axtarışları sabah səhər saatlarından etibarən davam etdiriləcək. FHN-dən Trend-ə verilən məlumata görə, yüksək, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.