I Beynəlxalq Folklor Festivalı iştirakçıları ilə görüş keçirilib (FOTO)


Digərləri 25 İyl 2018 20:38:00 258 0

I Beynəlxalq Folklor Festivalı iştirakçıları ilə görüş keçirilib (FOTO)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Uşaqlar bizim gələcəyimizdir” adlı I Beynəlxalq Folklor Festivalı çərcivəsində görüş keçirilib.

Bakı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Uşaqlar bizim gələcəyimizdir” adlı I Beynəlxalq Folklor Festivalı çərcivəsində görüş keçirilib. Trend-in məlumatına görə, görüşdə Baş İdarənin əməkdaşları, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Hacı Əliyev, Nizami Kino Mərkəzinin direktor müavini Arzu Əhədova, Hindistanın Bobby Rəqs Akademiyasının direktoru Aşiş Delivala, Gürcüstanın Vardiza rəqs qrupunun rəhbəri Camal Nadenadze və digər qonaqlar iştirak ediblər. Festivalın təşkil olunmasında əsas məqsəd uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı onlar arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsidir.