Azərbaycanda 11 minədək tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial xidmət göstərilir


Digərləri 25 İyl 2018 20:12:00 204 0

Azərbaycanda 11 minədək tənha ahıl və əlilliyi olan şəxsə  
evlərində sosial xidmət göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial işçiləri tərəfindən hazırda 10,8 min tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin edilir.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial işçiləri tərəfindən hazırda 10,8 min tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin edilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin şəxslərdən 8,5 min nəfəri ahıllar, yəni yaşı 70-dən yuxarı olanlar, qalanları isə əlilliyi olan şəxslərdir. Evlərində sosial xidmət göstərilən insanlardan 8,8 mini qadın, digərləri kişidir. Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərinə gedərək, ev təsərrüfatında təmizlik işləri aparır, zəruri ərzaq, sənaye və məişət mallarının alınmasında, yemək hazırlanmasında, zəruri hallarda tibbi yardım alınmasında və s. işlərdə köməklik göstərirlər.