Azərbaycanda 2 vəkilə töhmət verildi


Digərləri 25 İyl 2018 19:56:00 249 0

Azərbaycanda 2 vəkilə töhmət verildi

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda vəkillər barəsində başlanılmış 10 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 2 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti dayandırılıb, 1 vəkilin də Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub, digər işlər üzrə isə pozuntu aşkar edilmədiyi üçün intizam icraatına xitam verilib.