1 milyonluq dələduzluq edən polkovnik məhkəmə qarşısında


Digərləri 25 İyl 2018 19:42:00 253 0

1 milyonluq dələduzluq edən polkovnik məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid İlkin Məmmədov ifadə verib.

Məhkəmədə məlum olub ki, İ.Məmmədovun mobil nömrələrindən biri cinayət işində qeyd edilib.

Belə ki, S.Şükürovla əlbir olaraq Xanımbacı İsmayılovaya qarşı dələduzluq etməkdə təqsirləndirilən Natiq Məmmədovun sürücüsü olan Ramiz adlı şəxs İ.Məmmədovun adına olan nömrədən istifadə edib. Ramiz adlı şəxs 2016-cl ildə həmin nömrədən zəng edərək X.İsmayılovadan bir neçə dəfə külli miqdarda pul istəyib.

Lakin İ.Məmmədov məhkəmədə söyləyib ki, həmin nömrəni hadisədən 4-5 əy əvvəl alıb.

Daha sonra məlum olub ki, zərərçəkmişlərdən yalnız İlqar Əliyev məhkəmədə iştirak edir.

Hakim deyib ki, hər iki zərərçəkmiş - X.İsmayılova və İ.Əliyev rüşvət verdiyi üçün cinayət məsuliyyətinə cəlb edilməlidir.

Belə ki, İ.Əliyev dövlət orqanına işə düzəlmək, X.İsmayılova isə həbsdə olan qızını və nəvəsini azadlığa çıxarmaq üçün təqsirləndirilən S.Şükürova rüşvət verib.

Hakim hər iki şəxsin əməli ilə bağlı Baş Prokurorluğa təqdimat göndəriləcəyini bildirib.