Bakı şəhər prokurorluğunda 2018ci ilin birinci yarısının yekunları müzakirə edildi FOTO


Digərləri 25 İyl 2018 19:50:00 249 0

Bakı şəhər prokurorluğunda 2018ci ilin birinci yarısının yekunları müzakirə edildi  FOTO

Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2018-ci ilin birinci yarımilliyində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirmişdir ki, 2018-ci ilin birinci yarımilliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan müasir məzmunlu siyasət tədbirləri nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmuş, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər yeni müstəviyə qaldırılmışdır.

Bildirilmişdir ki, hesabat dövründə şəhərin prokurorluq orqanları tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək bir çox nailiyyətlər əldə olunmuşdur.

Qeyd olunmuşdur ki, hesabat dövründə şəhər ərazisində 5854 cinayət hadisəsi qeydə alınmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə prokurorluq və daxili işlər orqanları üzrə qeydə alınmış cinayətlərin açılma faizi 2,2 % artaraq 82,1 %, ağır və xüsusilə ağır cinayətlərin sayı 412 hadisə və ya 38,5 % azalaraq 658 olmuşdur.

2018-ci ilin birinci yarımili ərzində qeydə alınmış 31 qəsdən adam öldürmə cinayətinin, o cümlədən qeyri-aşkarlıq şəraitində törədilmiş qəsdən adam öldürmə cinayətlərinin, eləcə də 16 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilmişdir.

Hesabat dövründə 37 quldurluq hadisəsi, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə az baş vermiş, onlardan bağlı qalanı olmamışdır.

2018-ci ilin müvafiq dövründə ölümlə nəticələnən 115 yol-nəqliyyat hadisəsi qeydə alınmış və həmin hadisələrdən 1-i bağlı qalmışdır.

Hesabat dövründə şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş cinayət işlərinin təhlili göstərir ki, prokurorluqda icraatda olan 607 işdən 256-ı, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 7106 cinayət işindən 2312-nin istintaqı tamamlanmışdır.


Xəbərə aid fotolar