Sumqayıtda Ruhi Əsəb Dispanserində intihara cəhd


Digərləri 25 İyl 2018 19:28:00 248 0

Sumqayıtda Ruhi Əsəb Dispanserində intihara cəhd

Sumqayıtda 27 yaşlı gənc intihara cəhd edib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Ruhi Əsəb Dispanserində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əzizov Elnur Əbülfət oğlu özünü bıçaqlayaraq intihara cəhd göstərib. Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan gəncin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.