Real uruqvaylı hücumçuya maraq göstərir


İdman 25 İyl 2018 19:21:00 271 0

Real uruqvaylı hücumçuya maraq göstərir

PSG-nin hücumçusu Edinson Kavani karyerasını İspaniyada davam etdirə bilər. Goal.az xəbər verir ki, uruqvaylı forvard Real-ın heyətində görmək istədiyi futbolçulardandır.

Madrid klubu Kavanini Juventus-a keçən Kriştianu Ronaldonun alternativi qismində görür. Real rəhbərliyi danışıqlara başlamaq niyyətində olsa da, PSG sahibi Nasser Əl-Xəlaifinin keçidə qarşı olduğu bildirilir.

Edinson Kavani 2017-18 mövsümündə meydana çıxdığı 40 matçda 48 dəfə rəqib qapılarına yol tapıb. O, 2013-cü ildə Napoli-dən transfer edilib.