Stolüstü tennisçilərimiz Rumıniyadan 4 medalla qayıdır


Digərləri 25 İyl 2018 19:29:26 288 0

Stolüstü tennisçilərimiz Rumıniyadan 4 medalla qayıdır

Stolüstü tennisçilərimiz çempionatda 2 qızıl və 2 gümüş medal qazanıblar.

Bakı. 14-24 iyul tarixlərində Ruminyada təşkil olunan, 44 Avropa ölkəsindən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi gənclərin Avropa Çempionatı başa çatıb. Stolüstü tennisçilərimiz çempionatda 2 qızıl və 2 gümüş medal qazanıblar. Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, qızlardan ibarət yığma komanda hesabında I yer tutaraq qızıl medalın, qoşa oyunlarında isə oğlan və qız idmançılarımız II yer tutaraq gümüş medalın sahibi olublar. Şəxsi oyunlarda Azərbaycan stolüstü tennisçisi Ning Jing I yer tutaraq ikinci dəfə gənclərin Avropa çempionu titulunu qoruyub.