Sumqayıtda FACİƏ: 54 yaşlı kişi metaləritmə sexində yandı


Digərləri 25 İyl 2018 19:16:00 278 0

Sumqayıtda FACİƏ: 54 yaşlı kişi metaləritmə sexində yandı

Abşeron rayonunda 54 yaşlı kişi metaləritmə sexində alovun üzərinə düşərək yanıb.

Son.az report-a istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Saray qəsəbəsində baş verib.

Belə ki, Sumqayıt şəhər 41-ci məhəllə sakini, 1964-cü il təvəllüdlü Qurbanov Ağəməli Mirzəbala oğlu  Abşeron rayon Saray qəsəbəsində fəaliyyət göstərən metaləritmə sexində işlədiyi zaman yüksək temperaturlu alovun üzərinə düşüb. Onun yanmasına səbəb iş zamanı ayağının büdrəyərək alovun üstünə yıxılması olub.

Hadisədən sonra ağır yanıq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb. Onun bədəninin 70 faizinin yandığı bildirilir.