Zaurla "dalaşan" musiqiçilər canlı yayımda verilişi tərk etdilər


Şou-biznes 25 İyl 2018 17:50:00 275 0

Zaurla "dalaşan" musiqiçilər canlı yayımda verilişi tərk etdilər

"5/5" verilişi yeni sezona qalmaqallı görüntülərlə başlayıb.

Son.az xəbər verir ki, istirahətdən qayıdan Zaur Kamal verilişin musiqi rəhbəri Aqşin Tariyeloğlunun sözünü yarımçıq kəsib. Tanınmış musiqiçi Zaura "İmkan vermirsən sözümüzü deyək" sözləri ilə etirazını bildirib. 

Hiddətlənən Aqşin Tariyeloğlu canlı yayımı öz heyəti ilə tərk edib.

Reklamlardan sonra Zaur musiqiçiləri yenidən verilişə qaytarıb.