Rusiyada təxminən 100 min insan işıqsız qaldı


Dünya 25 İyl 2018 17:52:00 256 0

Rusiyada təxminən 100 min insan işıqsız qaldı

Xabarovskda elektrik enerjisi xətlərindəki nasazlıq səbəbindən 100 minə yaxın insan işıqsız qalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Xabarovsk Elektrik Şəbəkəsinin nümayəndəsi bildirib.

Elektrikin kəsilməsinə səbəb vilayətdə hökm sürən siklonlardır. Belə ki, artıq iki gündür burada güclü küləklə müşayiət olunan aramsız yağışlar davam edir.