Gürcüstanda Çuqunəritmə Zavodunda partlayış olub, 5 nəfər xəsarət alıb


Dünya 25 İyl 2018 17:39:57 272 0

Gürcüstanda Çuqunəritmə Zavodunda partlayış olub, 5 nəfər xəsarət alıb

Faktla bağlı cinayət işi başlanılıb

Bu gün günorta saatlarında Gürcüstanın Kutaisi şəhərində yerləşən Çuqunəritmə Zavodunda güclü partlayış olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ağır xəsarət alıb.

Gürcüstan Fövqəladə Halları Xidmətindən bildirilib ki, partlayış nəticəsində zavodun dəmir konstruksiyası dağılıb və yanğın baş verib. Hadisə yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb və alovun tam söndürülməsi davam etdirilir.

Gürcüstanın müvafiq strukturları hadisəsinin səbəblərini araşdırır, faktla bağlı cinayət işi başlanılıb.