2 universitet bitirən eksiş adamı Bakıda küçədə yaşayır


Digərləri 25 İyl 2018 17:40:00 341 0

2 universitet bitirən eksiş adamı Bakıda küçədə yaşayır

İki universitet bitirən, keçmiş şirkət rəhbərinin küçədə çarəsiz vəziyyətdə yaşaması ilə bağlı sosial şəbəkələrdə yayılan foto müzakirələrə səbəb olub. 

Son.az bildirir ki, 62 yaşlı Lətif Əliyev təsdiq edib ki, həqiqətən də Moskva Rejissorluq Universiteti və Kiyevdə Xarici İşlər Akademiyasını bitirib. Moskvada dövlət müəssisələrində işləyib. 3 il bundan öncəyə qədər isə Yunanıstanda özünün yaratdığı şirkətin rəhbəri olub. 

Səhhəti yaxşı olmadığından suallarımızı tam cavablandıra bilməyən L. Əliyev 3 ildir ki, bu vəziyyətdə küçədə yaşayır. Lakin son günlərdə halı daha da pisləşib. Danışmağa belə çətinlik çəkdiyini bildirir.

Keçmiş iş adamının bu vəziyyətə düşməsinə səbəb isə iş ortaqlığı etdiyi dostu olub. Belə ki, iddiaya görə, həmin şəxs L. Əliyevin adına banklardan külli miqdarda kredit götürərək qaçıb. Həmsöhbətimiz isə kredit borclarını qaytarmaq üçün evlərini, maşınını, bir sözlə, əlində olan hər şeyi satıb. 

Yeganə itirmədiyi şey həyat yoldaşının adına Yunanıstandakı mülklər olub ki, onu da saxlaya bilməyib. Müflisləşəndən sonra arvadı uşaqlarını da götürüb onu tərk edib.


Xəbərə aid fotolar