Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 62 əcnəbi saxlanılıb (FOTO/VİDEO)


Digərləri 25 İyl 2018 17:31:00 192 0

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 62 əcnəbi saxlanılıb (FOTO/VİDEO)

Dövlət Miqrasiya Xidməti (DMX) tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.

Bakı. Dövlət Miqrasiya Xidməti (DMX) tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir. DMX-dən Trend-ə verilən məlumata görə, iyulun 23-ü və 24-də qa­nun­suz miqrasiyaya qarşı keçirdiyi təd­bir­lər za­ma­nı 16-sı Gürcüstan, 14-ü Pa­kis­tan, 11-i Türkmənistan, 7-si Rusiya, 2-si Suriya, 2-si İraq, 2-si Özbəkistan, 2-si Türkiyə, 1-i Efiopiya, 1-i Sudan, 1-i Misir, 1-i Çin, 1-i Ukrayna və 1-i Latviya və­tən­da­şı ol­maq­la ümu­­mi­likdə 62 nəfər əc­nə­bi saxlanılıb. Araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qay­da­larını poz­duqları məlum olub. Belə ki, saxlanılmış 10 nəfər Türkmənistan vətəndaşının (səyyar ticarət) və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları məlum olub.