Rusiyada təxminən 100 min adam işıqsız qalıb


Digərləri 25 İyl 2018 17:27:00 219 0

Rusiyada təxminən 100 min adam işıqsız qalıb

Xabarovskda elektrik enerjisi xətlərindəki nasazlıq səbəbindən 100 minə yaxın adam işıqsız qalıb.

Bakı. Xabarovskda elektrik enerjisi xətlərindəki nasazlıq səbəbindən 100 minə yaxın adam işıqsız qalıb. Trend-in məlumatına görə, bu barədə Xabarovsk Elektrik Şəbəkəsinin nümayəndəsi bildirib. Şəbəkədə problemlərin isə vilayətdə hökm sürən siklonla əlaqədar olduğu bildirilir. Belə ki, artıq iki gündür ki, burada güclü küləklə müşayiət olunan aramsız yağışlar davam edir.